Gəncə şəhərində Prezident Administrasiyasının dəstəyi, Müdafiə Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zəfər Forumu keçirilir.
“Report”un Qərb bürosunun məlumatına görə, tədbirdə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Müdafiə Nazirliyinin nümayəndələri, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, QHT nümayəndələri və digər rəsmi şəxslər iştirak edirlər.
Forum iştirakçıları əvvəlcə Gəncədəki Şəhidlər xiyabanını ziyarət ediblər.
Sonra Gəncə Dövlət Filarmoniyasında Zəfər Forumu işə başlayıb.
Prezident Administrasiyasının sektor müdiri V.Quliyev tədbir zamanı əsgərə məktub yazıb. O, məktubunda Azərbaycan əsgərləri ilə qurur duyduğunu, fəxr etdiyini vurğulayıb. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı N.Bayramov və Türkiyənin Gəncədəki Baş konsulu Z.Öztürk də Azərbaycan əsgərinə məktub yazıblar.
www.102info.az