Şəkidə sərnişin mikroavtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Zəyzid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Ford Tranzit” markalı yük avtomobili ilə VAZ-2112 markalı minik avtomobili toqquşub.
Qəza zamanı VAZ-da olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az