Sumqayıtda müəllim dərs zamanı vəfat edib – FOTO

Cəmiyyət

Sumqayıtda müəllim dərs zamanı vəfat edib.

Oxu.Az xəbər verir ki, hadisə şəhərin İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbində baş verib.

Belə ki, məktəbin rus bölməsinin Azərbaycan dili müəllimi 1959-cu il təvəllüdlü Camalov Şaiq Cəbrayıl oğlu bu gün səhər saatlarında ürəktutmasından məktəbdə vəfat edib. Müəllim dərs prosesi zamanı özünü pis hiss etdiyindən sinifdən çıxıb və qəfil dünyasını dəyişib.

www.102info.az