Məktəbli qızı döyən direktorun yerinə TƏYİNAT

Cəmiyyət

Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbə yeni direktor təyin edilib. 

Oxu.Az-ın məlumatına görə, bir neçə gün əvvəl bu vəzifəyə Nuranə Vəliyeva təyinat alıb.

Qeyd edək ki, bir müddət əvvəl övladı Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbdə təhsil alan valideynlərdən biri Oxu.Az-a müraciət edərək, məktəbin direktoru Çinarə Atayevanın onun qızına işgəncə verməsi və müxtəlif bədən xəsarətləri yetirməsi barədə şikayət ünvanlamışdı. Daxili İşlər Nazirliyi, Abşeron-Xızı Regional Təhsil İdarəsindən məsələ barədə araşdırma aparıldığı qeyd edilmişdi.

Daha sonra Abşeron-Xızı Regional Təhsil İdarəsindən saytımıza bildirilmişdi ki, idarənin tabeliyində olan Ceyranbatan 1 nömrəli tam orta məktəbin direktoru Çinarə Atayeva ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir