Bu gün Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsində növbəti canlı yayımda osteoporoz xəstəliyi müzakirə olunacaq.
Oxu.Az-ın məlumatına görə, canlı yayımın qonağı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, cərrah-endokrinoloq Azər Hümmətovdur.
Yayım ərzində osteoporoz xəstəliyi ilə bağlı sizi maraqlandıran sualları şərh bölməsinə qeyd edə və ya canlı yayımda Azər Hümmətova ünvanlaya bilərsiniz.
Canlı yayım bu gün, saat 15:00-da Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında (https://www.instagram.com/sehiyyegovaz/) baş tutacaq.
www.102info.az