Sabunçuda səki zəbt olundu – FOTO

Cəmiyyət

Sabunçu rayonunda səki zəbt olunub. 

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Belə ki, rayonun Zabrat qəsəbəsi, Babək küçəsində qanunsuz olaraq maşınlar səkini bütünlüklə zəbt etdiyi üçün piyadalar üçün təhlükə yaranır.

Sakinlər bildiriblər ki, sözügedən yolda ümumiyyətlə səki anlayışı yoxdur.

Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. 

Qurumdan Oxu.Az-a bildirilib ki, məsələ ilə bağlı polisə müraciət edilib:

“Zabrat qəsəbəsi, Babək küçəsində piyadaların sərbəst hərəkətinin təmin edilməsi üçün səki hissədə avtomobillərin parklanmasının qarşısının alınması məqsədilə Sabunçu rayon Polis İdarəsinin Dövlət Yol Polis şöbəsinə müraciət olunub”.

İlhamə Əbülfət 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir