Bağçada çalışmaq istəyənlərin NƏZƏRİNƏ: Müsahibə mərhələsi başlayıb

Cəmiyyət

Oktyabrın 19-dan məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılıb.

Elm və Təhsil Nazirliyindən Oxu.Az-a verilən xəbərə görə, müsahibələrə 775 nəfər dəvət edilib.

28 oktyabr tarixinədək davam edəcək müsahibələr zamanı namizədlərin nitq, kommunikasiya və təlimin təşkili bacarıqları, peşəyə yanaşma və dəyərləri müvafiq komissiya tərəfindən yoxlanılacaq.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir