37 ölkənin 460-dan çox şirkəti işğaldan azad olunan ərazilərdə fəaliyyət göstərmək istəyir.
Bunu “Rebuild Karabakh” sərgisi çərçivəsində “Qarabağda biznes və investisiya imkanları” mövzusunda panel müzakirədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədr müavini Samir Hümbətov deyib.
O qeyd edib ki, Türkiyə müraciət edən şirkətlərin sayı ilə liderdir:
“Bundan başqa, Qazaxıstan, Macarıstan, İran, Rusiya şirkətləri bu müraciətlərdə üstünlük təşkil edirlər”.
Daha ətraflı Baku TV-nin süjetində:
www.102info.az