Səbail rayonunda yaşayan sakinlər narazıdırlar.
Bu barədə onlar Oxu.Az-ın redaksiyasına müraciət ünvanlayıblar.
Bildirilib ki, rayonun Puşkin küçəsi, ev 10 ünvanında yerləşən binanın həyət tərəfdən olan eyvanlarının dəmir-beton konstruksiyaları bərbad vəziyyətdədir:
“Dəfələrlə Mənzil-Kommunal Təsərrüfatı Birliyinə müraciət etsək də, vəsaitin olmadığı bildirirlər”.
Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Səbail rayonunda eyvanları qəzalı vəziyyətdə olan binaların siyahısı tərtib olunaraq aidiyyəti üzrə təmir işlərinin aparılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət olunub:
“Eyni zamanda, təmir işlərinin aparılması məqsədilə sözügedən yaşayış binası Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən 2022-ci ilin siyahısına salınıb”.




İlhamə Əbülfət
www.102info.az