Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan avtomobil aşıb.
Qəza zamanı 2001-ci il təvəllüldü Eltun Məmmədli və daha iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az