İki il əvvəl bu günlərdə hər kəs həvəslə Prezident İlham Əliyevin növbəti tvitini gözləyirdi.
Oktyabrın 20-si qələbə tvitlərinə biri də əlavə olundu. Zəngilan şəhərinin azad olunması xəbəri Azərbaycan xalqına elan edildi.
Zəngilan şəhərinin azad olunmasından sonra növbəti tapşırıq Arazboyu ərazilərin təmizlənməsi idi. Ağbənd də bu ərazilərdəndir ki, buranın tamamilə təmizlənməsindən sonra 132 km-lik Azərbaycan-İran sərhədi bərpa olundu.
Baku TV-yə Zəngilan döyüşlərindən danışan general-mayor Aqşin Məhərrəmov bildirib ki, bir gün əvvəl ərazinin havadan kəşfiyyatı aparılıb, düşmənin yerləşmə yeri, canlı qüvvəsi, texnikası, atəş mövqeləri haqqında məlumatlar dəqiqləşdirilərək müvafiq qərarların qəbul olunması üçün komanda məntəqəsində təhlil edilib.
“Növbəti gün gecə saatlarında sızma əməliyyatı icra olunaraq düşmənə sarsıdıcı zərbələr endirilərək, geri çəkilməyə məcbur olunmuşdur”, – deyə general-mayor əlavə edib.
Şəhərinin azad olunmasında Müdafiə Nazirliyinin hərbçilərinin artilleriya uğurları da önəmli yer tutur.
Kapitan Əlibəy Novruzbəyov qeyd edib ki, döyüşlər zamanı düşmənin cəmləşmə rayonlarındakı komanda məntəqələrinə zərbələr endirilərək bölmələrimizin irəliləməsi üçün şərait yaradılıb.
Zəngilanın azad edilməsi təkcə tarixi Qarabağ torpağının əbədi müstəqilliyi demək deyil, həm də Zəngəzur dəhlizinin reallaşması üçün əhəmiyyətlidir.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:
www.102info.az