Gəncədə piyadanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.
Hərəkətdə olan “Toyota Land Cruiser” markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1952-ci il təvəllüdlü Sevda Məmmədovanı vurub. 70 yaşlı qadın xəstəxanaya yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq qadın xəstəxanda ölüb.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az