Xaçmaz şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın verdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Yüksək sürətlə hərəkət edən “Opel” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində maşında olan üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma davam edir.



www.102info.az