Daşkəsən rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report” xəbər verir, hadisə rayonun Bayan kəndində qeydə alınıb.
Belə ki, minik avtomobili ilə yük maşını toqquşub. Hadisə nəticəsində xəsarət alanlar var.
Hadisə yerinə təcili tibbi yardım maşınları və DYP əməkdaşları cəlb ediliblər.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az