Qan xərçəngindən əziyyət çəkən yeddi yaşlı Şəfanın sizin köməyinizə ehtiyacı var.
Ötən ildən Türkiyədə müalicə alan Şəfanın ilkin müalicəsi tamamlansa da, ilik köçürülməsi baş tutmayıb.
Şəfanın atası Ruslan Ramazanov bildirib ki, ilik nəqlinə görə 100 min dollar pul istəyirlər:
“Bizim maddi imkanımız bu məbləği ödəməyə çatmır. 25-26 min dollar yığılmışdı onlar da müalicəsinə xərclənib”.
Valideynləri müalicəni ödəyə bilmədikləri üçün Şəfa xəstəxanadan çıxarılıb:
“Hazırda yemək yemir. İlik nəqlinə hazırlamaq üçün müalicə getməlidir. Birinci sinfə cəmi iki saaat getdi. Anası geyindirib məktəbə apardı. İki saat sonra təkrar Şəfanı onkoloji xəstəxanaya müalicəyə apardıq”.
Şəfaya kömək etmək istəyənlər aşağıda qeyd olunan bank hesab nömrələri vasitəsi ilə yardım edə bilərlər:
Kapital Bank: 4169 7385 5975 9885
Rabitə Bank: 5261 6333 3312 2886
Rusiya hesab kartı: 4817 7604 3591 4858
www.102info.az