Azərbaycanda “Baku İnternational CEO Summit”i keçiriləcək – VİDEO

Cəmiyyət

Noyabrın 15-də ölkəmizdə ilk dəfə olaraq yerli və beynəlxalq şirkətlərin Baş icraçı direktorları, dövlət qurumlarının rəsmiləri, iş adamları və sahibkarların iştirakı ilə “Baku İnternational CEO Summit” baş tutacaq.

Tədbir idarəetmə sahəsində dünyada tətbiq olunan yeniliklər, bu sahədə müasir innovasiyalar və texnologiyanın inkişafı, qabaqcıl təcrübələrin dialoqlar, müzakirələr və fikir mübadilələri ilə paylaşılmasını hədəfləyib. Sammitin təşkilatçısı Azərbaycan HR İnstitutudur. 

Azərbaycan HR İnstitutunun direktoru Emil Hüseynov Baku TV-yə açıqlamasında bildirib ki, tədbir 3 paneldən ibarət olacaq.

“Məqsədimiz hər bir paneldə həm qlobal, həm yerli şirkətin, həm də dövlət qurumunun rəhbərinin təcrübəsini bir araya gətirməkdir”, – deyə o qeyd edib.

Tədbir iştirakçıları qlobal bazarda idarəetmə trendləri və onun gələcək imkanları, rəqəmsal transformasiya, yeni müştəri portreti və onun davranışları kimi maraq kəsb edən mövzularla bağlı yeni fikir və təcrübələrə sahib olacaqlar.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir