Daşkəsəndə ölümlə nəticələn yol nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlunatına görə, hadisə rayonun Xoşbulaq kəndinin yaxınlığında qeydə alınıb. Hərəkətdə olan “Niva”ın sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü – Xoşbulaq kənd sakini Ramin Qurbanov hadisə yerinədə ölüb, 2 nəfərin yüngül xəsarət aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az