Son sutkada Azərbaycanda 46 nəfər koronavirusa yoluxub – FOTO

Cəmiyyət

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 46 yeni yoluxma faktı qeydə alınıb, 61 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər ikisi vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 822 954 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 812 662 nəfər müalicə olunaraq sağalıb, 9 937 nəfər vəfat edib, aktiv xəstə sayı 355 nəfərdir.

Ölkədə son sutka ərzində 1 886, hazırkı dövrədək isə 7 305 712 test aparılıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir