“Azərbaycan Hava Yolları” aviaşirkətinin Naxçıvan – Bakı reysi (J2-256) üzrə uçan təyyarəsinin göyərtəsində salonun hermetikliyinin pozulmasını göstərən sensorun işə düşməsi nəticəsində oksigen maskaları açılıb.
Bu barədə Oxu.Az-a AZAL-dan məlumat verilib.
Təyyarə yerli vaxtla saat 20:01-də ştat rejimində Heydər Əliyev Beynəlxalq Hava Limanına uğurla eniş edib.
Hazırda Bakı aeroportunun texniki xidməti hava gəmisinin yoxlanışını həyata keçirir.
www.102info.az