Gəncədə poliklinikanın tavanı çökdü – YENİLƏNİB + VİDEO

Cəmiyyət

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Nizami Ailə Sağlamlıq Mərkəzinin (ASM) Laboratoriya şöbəsinin tavan hissəsinin çökməsi zamanı xəsarət alan olmayıb. 

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. 

Bildirilib ki, işçilər təhlükəsiz şəkildə təxliyə olunub. Hadisənin baş vermə səbəbi araşdırılır. 

Hazırda Laboratoriya şöbəsi istisna olmaqla Nizami ASM-i fəaliyyətini davam etdirir.

13:56

Gəncə şəhərində poliklinikanın tavanı çöküb. 

Oxu.Az-ın məlumatına görə, söhbət 2 saylı şəhər poliklinikasından gedir. 

Belə ki, hadisə poliklinikanın laboratoriya otağında baş verib. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alanlar yoxdur. 

Poliklinika öz fəaliyyətini davam etdirir. 

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir