Ağacları kəsib avtodayanacaq salmaq istəyən şirkətlə bağlı sənədlər Baş Prokurorluğa göndərilib – FOTO

Cəmiyyət

Ağacları kəsərək avtodayanacaq salmaq istəyən şirkətlə bağlı sənədlər Baş Prokurorluğa göndərilib.

Bu barədə Oxu.Az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı avtodayanacaq salınması məqsədilə “Turan 97” Məhdud Məsuliyyətli Müəssisə tərəfindən ağacların kəsildiyi və təbiətə ümumilikdə 8 580 manat məbləğində ziyan dəydiyi müəyyən edilib:

“Faktla bağlı akt tərtib olunub, yaşıllığa dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.

Xidmət rəsmisinin sözlərinə görə, sözügedən ərazidə kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir