Dövlət qulluğundan bir bal ilə kəsilənlərə ŞAD XƏBƏR – VİDEO

Cəmiyyət

Bu ilin avqust ayında dövlət qulluğuna qəbul imtahanında bəzi sualların səhv olması iştirakçıların narazılığına səbəb olmuşdu. Baku TV məsələni işıqlandırdıqdan sonra problem həllini tapmışdı.
Bu dəfə isə 1 balla imtahandan keçə bilməyən bir qrup şəxs Dövlət İmtahan Mərkəzinin qarşısında etirazını bildirib. 

Onların iddiasına görə, imtahanda bir sualın iki düzgün cavabı olub.

Yaranan növbəti problem də elə Baku TV-nin çəkilişi zamanı həll olunub. 

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, ekspertlər arasında fikir ayrılığı yarandığından məsələyə yenidən baxılıb və nəticələr imtahan iştirakçılarının xeyrinə həll edilib. Beləliklə, 1 balla kəsilən şəxslər imtahandan keçdilər.

Dövlət İmtahan Mərkəzindən o da qeyd olunub ki, namizədlərin nəticələrinə edilən müvafiq dəyişikliklər qurumun rəsmi saytına yerləşdiriləcək.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir