Bakıda sürücü yolu keçməyə çalışan altı yaşlı uşağı vurdu

Cəmiyyət

Bakının Xətai rayonunda avtomobil altı yaşlı uşağı vurub.

“Report”un məlumatına görə, 2016-cı il təvəllüdlü Rüstəmli Mürvət Xalid oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az