Samuxda zavoddan 12 min manatlıq oğurluq edilib

Cəmiyyət

Samuxda zavoddan oğurluq edilib.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, Samux Rayon Polis Şöbəsinə İnstitut qəsəbəsi ərazisində yerləşən zavoddan 12 680 manat dəyərində 16 ədəd elektrik mühərriki və dörd ton dəmirin oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri Elnur Məmmədov və Emin Həsənov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir