Baku TV əməkdaşı Ukraynadan xəbər verir: “İnformasiya mübadiləsində problemlər var” – VİDEO

Cəmiyyət

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Kiyevdə kommunal xidmətlərdə problem davam edir. Elektrik enerjisinin, internetin kəsilməsi informasiya mübadiləsinə də təsir edir.

Qeyd edilib ki, Ukrayna ordusunda döyüşən daha bir azərbaycanlı − Ukrayna Silahlı Qüvvələrinin müddətdən artıq xidmətdə olan çavuşu Orucov Rəşad Əliqulu oğlu həlak olub. O, 2014-cü ildən Donbas istiqamətində xidmət aparırmış.

Jurnalistin sözlərinə görə, Donetskdə son işğaldan azad edilən ərazi Liman şəhəridir. Şəhərin ətrafındakı kəndlər də işğaldan azad olunub. Lakin meşəlik ərazilərdə diversiya qrupları var ki, Ukrayna ordusu onları təmizləməyə çalışır.

Ətraflı videonu təqdim edirik:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir