Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 64 yeni yoluxma faktı qeydə alınıb, 66 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər üç vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 823 023 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 812 743 nəfər müalicə olunaraq sağalıb, 9 940 nəfər vəfat edib, aktiv xəstə sayı 340 nəfərdir.
Ölkədə son sutka ərzində 2 483, hazırkı dövrədək isə 7 309 540 test aparılıb.

www.102info.az