Goranboyda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən 1968-ci il təvəllüdlü Həsən Namazovu vurub.
Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az