Kürdəxanıda avtomobil piyadanı vurdu, sürücü hadisə yerindən qaçdı

Cəmiyyət

Bakıda sürücü piyadanı vuraraq hadisə yerindən qaçıb.

APA xəbər verir ki, hadisə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, “Rosoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında qeydə alınıb.

Naməlum sürücü piyada 1984-cü il təvəllüdlü Elçin Babayevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Fakta bağlı cinayət işi başlanılıb.

www.102info.az