Məhsa Əmininin ölümünün 40-cı günü insanların etiraz səhnəsinə çevrilib.
“Azad İran” “Telegram” kanalı xəbər verir ki, İranda Qərbi Azərbaycan əyalətinin Saqqız şəhərindəki Ayçi qəbiristanlığında bu gün izdiham yaşanır.
Matəm mərasimə toplaşan etirazçı əhali “Diktatoru devirəcəyik, Məhsanın qisasını alacağıq!” şüarı səsləndirirlər.
Xatırladaq ki, 22 yaşlı Məhsa Əmini İranın əxlaq polisi tərəfindən baş örtüyü bəhanəsilə tutulduqdan bir neçə saat sonra komaya düşüb və xəstəxanada dünyasını dəyişib.
www.102info.az