Oktyabrın 27-dən yeni E1 ekspres marşrut xətti fəaliyyətə başlayacaq.
Xezerxeber.az-ın məlumatına görə, yeni təşkil edilən xətt üzrə avtobuslar metronun “Xalqlar Dostluğu” stansiyasından başlayaraq Qara Qarayev prospekti – “Koroğlu” metro stansiyası – Heydər Əliyev prospekti – Yusif Səfərov küçəsi – Neftçilər prospekti – Azneft dairəsi – Bibiheybət – Lökbatan Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində hərəkət edəcək. Marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” MMC-nin istismarında olan avtobuslarla icra ediləcək.
Bakı Nəqliyyat Agentliyinin məlumatına görə, ilkin mərhələdə daşımalara 10 ədəd avtobus cəlb ediləcək. Xətt üzrə avtobuslar səhər saat 06:30-dan axşam saat 18:30-dək fəaliyyət göstərəcək. Gediş haqqı 0.60 AZN olacaq.
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev mövzu ilə bağlı “Xəbər Ertəsi”nə açıqlama verib.
Həmin açıqlamanı təqdim edirik:
www.102info.az