“Bir çox sahələrdə fəaliyyət dayandırılıb. İctimai nəqliyyatın hərəkəti üçün ayrıca zolaqların ayrılmasını biz də istəyərdik, amma Bakıda bu zolaqların yaradılması bütün küçələrdə mümkün deyil”.
Bu barədə Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, sərnişinlərin avtobusda olarkən maskadan istifadə etməsi vacibdir:
“Xahiş edirik ki, ictimai nəqliyyata minən şəxslər mütləq tibbi maskalardan istifadə etsin. Sərnişinlərin təxminən 30-40 faizi maskadan istifadə edir. Polis bütün avtobusları bir-bir saxlayıb, cərimə edəsi deyil. Vətəndaşların mıəsuliyyəti olmalıdır”.