“Süd vəzi xərçənginin simptomları olmur”.
Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin canlı yayımının qonağı olan nazirliyin mütəxəssis-eksperti, onkoloq-cərrah, mammoloq Həqiqət Vəliyeva deyib.
Həkimin sözlərinə görə, xəstəlik gec mərhələlərdə hiss olunur:
“Xəstəlik ağrı vermir, şişkinlik, qızartı olmur. Qadın süd vəzisində şişi tapmaq üçün 10 il vaxt sərf etməlidir.
Siqaret və alkoqol qəbul edənlərdə bu xəstəliyə daha çox rast gəlinir. Son 4-5 il ərzində süd vəzi xərçəngi daha çox artıb. Çünki siqaret çəkən xanımların sayı artıb. Bu da birbaşa mutasiyaların baş verməsinə səbəb olur”.
Nəzrin Vahid
www.102info.az