Tovuzda evlərdən qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub

Cəmiyyət

Tovuzda iki ev qarət olunub.

Oxu.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, rayon ərazisindəki evlərin birindən 5500 manat dəyərində qızıl-zinət və məişət əşyaları, digər evdən isə 10.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Tovuz rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakini A.Rüstəmov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır. 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir