Qida obyektlərində tibbi müayinədən keçməyən 600-ə yaxın əməkdaş işdən uzaqlaşdırılıb

Cəmiyyət

“2022-ci ilin 9 ayında keçirilən yoxlama tədbirləri zamanı qida obyektlərində tibbi müayinədən keçməyən 593 nəfər işçi müəyyənləşib”. 

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, onlar tibbi müayinədən keçənə qədər işdən uzaqlaşdırılıblar.

İlhamə Əbülfət

www.102info.az