Bəzi sosial şəbəkə istifadəçiləri Xalq yazıçısı Çingiz Abdullayevə AYB-nin qurultayının təşkil edilməsi üçün xərclənən vəsaitlə bağlı sual verilməsini qınayıblar.
Baku TV-də yayımlanan “Salam Baku” verilişində məsələyə münasibət bildirilib.
Verilişin aparıcısı İslam Qədirli qeyd edib ki, hansısa fəxri ad sahibinə “tərbiyəsizlik” hesab edilən sualı vermək jurnalistikanın nə etik, nə peşəkar kodekslərində, nə də qanunvericilikdə qadağan deyil.
“Çingiz Abdullayev yazıçı olmaqdan əlavə, sözügedən qurumda səlahiyyətli şəxsdir. Hər bir vəzifəli şəxsin öhdəliklərindən biridir ki, əhali qarşısında hesabatlılığı, şəffaflığı təmin etsin. Bu vəziyyətdə vəzifəli şəxs sualı cavablandırmaqdan imtina edə, həmçinin jurnalistdən yazılı sorğu tələb edə bilər”, – deyə əlavə edilib.
www.102info.az