Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı, Xırdalan şəhərləri və Abşeron, Şəki, Şamaxı, Xaçmaz, Qazax rayonlarında bir sıra nöqsanlar aşkarlayıb.
AQTA-dan Oxu.Az-a verilən məlumata görə, aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 10 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 24 məntəqədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazid fəaliyyətdən yayınmağa çağırır.
www.102info.az