Gədəbəydə sürücü iki məktəblini avtomobillə vurdu

Cəmiyyət

Gədəbəyin Zəhmət kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Gəncə regional qrupundan Oxu.Az-a verilən məlumata görə, “Volkswagen Passat” markalı avtomobil iki azyaşlı məktəblini vurub.

Qəza zamanı xəsarət alan məktəblilər Gəncə Şəhər Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət

www.102info.az