Rusiyanın Moskva şəhər sakinləri burun damcısı şəklində yeni koronovirus peyvəndindən istifadə edə biləcəklər.
Bu barədə hökumətin mətbuat xidməti məlumat verib.
Sözügedən vaksin eyni dozada iki komponentli “Sputnik V”dir, fərq yalnız tətbiq üsulundadır.
Virusu keçirənlərə altı ay sonra burun damcısı ilə peyvənd tövsiyə olunur. Buster hesab olunan burun damcısından 18 yaşdan yuxarı hər kəs istifadə edə bilər.
Yeni peyvəndin tərkibində virusun özü və onun komponentləri yoxdur. Xəstəliyə və ciddi yan təsirlərə səbəb ola bilməyən adenoviral vektorlara əsaslanır. Peyvənddən sonra cüzi immun reaksiya – yüngül qızdırma və halsızlıq mümkündür.
Mənbə: Moslenta
www.102info.az