Azərbaycan səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 29-da Türkiyəyə səfər edəcək.
Nazirlikdən bildirilib ki, 31 oktyabr tarixinədək nəzərdə tutulan səfər çərçivəsində nümayəndə heyəti Türk Dövlətləri Təşkilatının təşkilatçılığı, Türkiyə Prezidenti Administrasiyasının himayəçiliyi altında keçiriləcək Türk Tibbi Dünya Konqresində iştirak edəcəklər.
Konqres çərçivəsində Azərbaycan səhiyyə naziri Teymur Musayevin iclasda çıxışı, təşkilatın üzv ölkələrin və müşahidəçi ölkələrin səhiyyə nazirləri ilə ikitərəfli görüşlər və digər görüşlərin keçirilməsi planlaşdırılır.
Həmçinin Azərbaycan heyətinin nümayəndələri beynəlxalq konqresin panel sessiyalarında məruzələrlə çıxış edəcəklər.
www.102info.az