Bakıda usta faciəvi şəkildə öldü

Cəmiyyət

Yasamalda kərpiclə hörülmüş divar ustanın üzərinə aşıb. Nəticədə usta aldığı xəsarətlərdən hadisə yerində ölüb.

“Report” xəbər verir ki, hadisə ötən gün qeydə alınıb.

Belə ki, 1957-ci il təvəllüdlü Əliyev Xəqani Əli oğlu usta kimi işlədiyi mənzilin hamam otağında söküntü işləri apararkən kərpiclə hörülmüş divar üzərinə aşıb və nəticədə ölüb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

www.102info.az

Spread the love