Bugün Nyu-York Konvensiyasının şərhinə dair hakimlər üçün əl kitabının təqdimat mərasimi baş tutub.
Oxu.Az xəbər verir ki, tədbir BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının maliyyə, Vəkillər Kollegiyasının və KOBİA-nın təşkilati dəstəyi ilə həyata keçirilib.
Qeyd edək ki, Nyu-York Konvensiyasının şərhinə dair hakimlər üçün əl kitabı xarici arbitraj qərarlarının tanınması və icrası sahəsinin daha təfərrüatlı öyrənilməsi və tətbiqi məqsədilə 2011-ci ildə Beynəlxalq Kommersiya Arbitraj Şurası tərəfindən nəşr olunub. Kitab 10-dan çox dilə tərcümə edilib. Yaxın zamanda isə kitab Azərbaycan dilinə çevrilərək nəşr olunub. Həmin vəsaiti Azərbaycan dilində Vəkillər Kollegiyasının üzvləri, beynəlxalq arbitraj sahəsində ixtisaslaşmış hüquqşünaslar Toğrul Quluzadə və Şahlar Məmmədov tərəfindən hazırlanıb.
Xatırladaq ki, Azərbaycan 1999-cu ildən etibarən “Xarici arbitraj qərarlarının tanınması və icrası haqqında” 10.06.1958-ci il tarixli Nyu-York Konvensiyasına tərəfdir.
Sayad Həsənli
www.102info.az