TDT-yə üzv və müşahidəçi ölkələrin audiovizual media üzrə tənzimləyici orqanlarının rəsmiləri Şuşadadırlar

Cəmiyyət

Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Audiovizual Media üzrə Tənzimləyici Orqanlarının 1-ci Toplantısının iştirakçıları Şuşa şəhərində səfərdədirlər.

“Report”un xəbərinə görə, səfər çərçivəsində TDT-yə üzv və müşahidəçi ölkələrin audiovizual media üzrə tənzimləyici orqanları arasında Niyyət Bəyannaməsi imzalanacaq.

Sənədə əsasən, tənzimləyici orqanlar arasında əməkdaşlığın və dialoqun genişləndirilməsi, audiovizual yayım və onun tənzimlənməsi ilə bağlı bilik, fikir və təcrübə mübadiləsinin həyata keçirilməsi, habelə ümumi mədəni miras hesab olunan audiovizual media ilə bağlı məsələlərin daimi müzakirə formatının yaradılması məqsədilə TDT-yə üzv və müşahidəçi ölkələrin audiovizual media üzrə tənzimləyici orqanlarının Forumunun (Turkic Broadcasting Regulatory Authorities Forum – TBRAF) yaradılması təklifi ilə çıxış ediləcək. Bununla bağlı isə TDT-yə üzv və müşahidəçi ölkələrin media və informasiya üzrə nazirlərinin və rəsmi şəxslərinin növbəti toplantısına müraciət olunacaq.

Daha sonra onlar Şuşada tarixi məkanlarla, həmçinin burada aparılan bərpa-quruculuq işləri ilə də tanış olacaqlar.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir