Bu gün Qaradağda fəaliyyətə başlamış “Abşeron Tikinti Materialları Mərkəzi”ndə ümumilikdə 1 500-ə yaxın sahibkarın fəaliyyəti üçün şərait yaradılıb.
“Report” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov özünün “Twitter” səhifəsində yazıb.
O qeyd edib ki, iqtisadiyyatın böyüməsinə, məşğulluğa dəyər qatan yeni KOB subyektlərinin yaradılmasını KOBİA hər zaman dəstəkləyir.



www.102info.az