Bakı-Qazax yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə bu gün günorta saatlarında baş verib.
Belə ki, Bakı-Qazax yolunda hərəkətdə olan “Mercedes-Benz” markalı avtomobil yük maşınına çırpılıb.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən hadisə ilə bağlı araşdırma aparılır:
“Hərəkətdə olan “Mercedes-Benz” markalı 10-VR-710 dövlət nömrəli nişanlı avtomobil nasazlıq səbəbindən yolun sağ hərəkət zolağında dayanan 19-BJ-923 dövlət nömrə nişanlı ZİL markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır”.
Könül Cəfərli
www.102info.az