Sumqayıtda kanalizasiya tutuldu, yolu su basdı – VİDEO

Cəmiyyət

Bu gün səhər saatlarında Sumqayıt şəhəri İsmət Qayıbov küçəsini su basıb.

Oxu.Az-a verilən məlumata görə kanalizasiya sularının yola axması nəticəsində yolu su basıb və bu, nəqliyyat vasitələrinin hərəkətində problemlərə səbəb olub. 

Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev Oxu.Az-a açıqlamasında bildirib ki, yağış kollektorunda tutulma olub:

“Hazırda “Azərsu” ASC-nin əməkdaşları tutulmanı aradan qaldırmaq üçün tədbirlər görürlər”.

“Azərsu” ASC-dən Oxu.Az-a verilən açıqlamada isə hadisə barədə Sumqayıt Sukanal İdarəsinə məlumat verildiyi bildirilib.

Həmin görüntüləri təqdim edirik: 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir