DİN: “TikTok”da özünü polis kimi təqdim edən şəxs müəyyən edilib”

Cəmiyyət

“TikTok” sosial şəbəkəsində özünü polis əməkdaşı kimi təqdim edən şəxsin bir xanımla xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən qaydaları və bu istiqamətdə görülən tədbirləri müzakirə etmələrini əks etdirən video paylaşılıb.

Bununla əlaqədar Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-a bildirib ki, görülən müvafiq tədbirlərlə videonun O.Məmmədov və K.Zöhrabova tərəfindən 2021-ci ildə çəkildiyi müəyyən olunub. 

Onlar polis orqanına dəvət olunublar. 

Müvafiq izahedici söhbətlər aparıldıqdan sonra onlar yanlış hərəkətlərə yol verdiklərini etiraf edərək qeyd olunan görüntüləri sosial şəbəkə hesablarından silərək istifadə etdikləri xidməti geyimi təhvil veriblər.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir