Abşeronda avtomobil ana və oğlunu vuraraq öldürüb

Cəmiyyət

Abşeron rayonunda avtomobil ana və oğlunu vuraraq öldürüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, oktyabrın 29-da saat 19 radələrində Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini T.Məhərrəmli idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə yolu keçən İsmayıllı rayon sakini Aytəkin Fazilli və onun oğlu Xəyalı vurub. Nəticədə hər iki piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

www.102info.az