Bakıda poçtdan oğurluq edilib.
DİN-dən verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 29-da rayon ərazisindəki poçtların birindən 1 040 manat pul və 2 600 manat dəyərində lotereya biletləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İlqar Knyazov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
www.102info.az