Şadlıq sarayında 50 yaşlı kişinin 200 manatını əlindən alan şəxs axtarılır

Cəmiyyət

Masallı rayonunda restoranların birində soyğunçuluq hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, oktyabrın 29-da Masallı şəhəri ərazisində yerləşən “İlqar plaza” şadlıq sarayında naməlum şəxs 1972-ci il təvəllüdlü Əlövsət Əhmədova hücum edib.

Həmin şəxs 50 yaşlı kişinin 200 manat pulunu açıq talama yolu ilə alaraq uzaqlaşıb.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsinə müraciət edilib, araşdırma aparılır.

www.102info.az