Gəncədə mikroavtobus qəza törətdi: Xəsarət alanlar var

Cəmiyyət

Gəncə şəhərində, 3-cü mikrorayon ərazisində mikroavtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

“Report”un məlumatına görə, “QAZel” markalı mikroavtobusla VAZ-2107 markalı avtomobilin toqquşması nəticəsində mikroavtobusda olan iki nəfər xəsarət alıb.

Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Mikroavtobusda Şəmkir rayonunda təsərrüfatda işləyən fəhlələrin olduğu bildirilir.

Xatırladaq ki, bir neçə saat öncə də Gəncə şəhərində sərnişin daşıyan avtobusun iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir